“ALKAN” MMC 2006-ci ildə layihə - infrastruktur şirkəti kimi fəaliyyətə başlamışdır. Yarandığı gündən düzgün strategiya və yüksək ixtisaslı mütəxəssislərdən qurulmuş peşəkar komanda hesabına aktiv olaraq fəaliyyət göstərir.
Belə ki, qısa vaxt ərzində aşağıda qeyd olunan layihələrin həyata keçirilməsində qismən və yaxud bilavasitə iştirak edib:
- Zaqatala Hava limanının tikintisi (2006 – 2008)
- Bakı şəhəri, Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və Təkmilləşdirilməsi, km0+000÷km12.2 (2007 – 2010)
- «Azalhelikopter» Aviaşirkətinin uçuş meydançalarının tikintisi və yenidənqurulması (2007)
- Heydər Əliyev Beynəlxalq Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması (2009 – 2012)
- Bakı şəhəri, Buzovna - Mərdəkan - Qala avtomobil yolunun yenidənqurulması (2010 – 2016)
- Qəbələ Beynəlxalq Hava Limanının tikintisi (2011)
- Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolaqlarının, perronun, yönəldici yolların tikintisi və yenidənqurulması (2011 – 2012)
- Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması (2011 – 2014)
- Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun km 24+00 hissəsindən Qala - Pirallahı avtomobil yollarının yenidənqurulması (2012 – 2016)
- Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi ,1-ci hissə (2013 – 2015)
- Altıağac - Xızı avtomobil yolunun yenidənqurulması (2013 – 2017)
- Zaqatala hava limanının mövcud uçuş-enmə zolağının uzadılması və perronun genişləndirilməsi (2014 – 2017)
Şirkət 2015-ci ildən etibarən inkişaf strategiyasını hədəfləyərək müasir tələblərə uyğun olan sahələr üzrə fəaliyyət dairəsini genişləndirməyə başlayıb.
Hazırda infrastruktur tikintisi sahəsində tam spektrli xidmətlər göstərir. Yolların, hava limanlarının, sənaye və mülki obyektlərin layihələndirilməsi və tikintisi üzrə geniş təcrübəyə malikdir.
“ALKAN” MMC şırkəti hazırda da aktiv olaraq ölkədaxili və beynəlxalq irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində uğurla iştirak etməkdə davam edir.
Şirkət bütün sahələrin durmadan inkişaf etdiyi müasir dövrdə istər tikinti, istərsə də layihələndirmədə ən yeni texnologiyaların tətbiqinə çox önəm verir.
Belə ki, layihələndirmə və tikinti zamanı zəruri məlumatların əldə edilməsi üçün ərazinin 3D modelinin hazırlanmasında ən son model dronlardan istifadə olunur.
Ərazi, infrastruktur sahələri və obyektlərin dron çəkilişlərindən istifadə etməklə 3D modelinin, aerotopoplanların və yerin riyazi modelinin hazırlanması da şirkətimiz tərəfindən həyata keçirilir.